"Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi" nin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xəqani Rzaquliyev vəfat edib."Qanunyolutv.az" xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.
İlk döyüşçü-jurnalist Xəqani Rzaquliyev Bayraq Günü - 9 noyabr 1963 -cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.
1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.
O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müddətli həqqi hərbi xidmətdə olub.
Xəqani Rzaquliyev müxtəlif illərdə, müxtəlif vəzifələrdə - Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987),
"Gənclik" jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.
Qeyd edək ki, Xaqani Rzaquliyev "Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi"nin yaradılmasında iştirak edib və
"Vətən Müharibəsi" adının seçilməsi təklifi onun adıyla bağlıdır.
Xəqani Rzaquliyev Birinci Qarabağ müharibəsində iştirak edib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci il martın 12-də ağır yaralanıb.
ALLAH RƏHMƏT ELƏSİN!