Vətən müharibəsi qazisi komadan ayılmadı...

Vətən müharibəsi qazisi komadan ayılmadı...

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Zeynal Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.

Xatırladaq ki, Zeynal Şahhüseynlinin atası Füzuli Şahhüseynli saytımıza oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter