Ümumi-Cərrah, Proktoloq Op.Dr.Türkan Gündüz“Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.”
Heydər ƏliyevHörmətli oxucularımız bəli, həqiqətən də Ulu Öndər Heydər Əliyev çox gözəl vurğulamışdır ki, səhiyyə bizlər üçün həm əziz, həm də qiymətli bir sahədir. Məhz buna görə də dəyərli və hörmətli, öz peşəsini sevən, onun məsuliyyətini dərk edən, işinin öhdəsindən layiqincə gələn, Ümumi-cərrah, Proktoloq Op.Dr.Türkan Gündüzün neçə illərdir üzərində işlədiyi ilk kitabı işıq üzü gördü. Kitabın təqdimatı gözəl bir məkanda "GALLİARD" restoranında Türkan sevərlərin, onun peşəsinə, sənətinə hörmət edən dostların, tanınmış simaların, kollegiyalarının, media, QHT və İB-nin iştirakı ilə keçirildi.

Tədbirin aparıcısı Nazilə xanım Səfərli tədbir iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi. Sonra Nazilə xanım səhnəyə tibb üçün lazımlı olan "Düz bağırsağın xoşxassəli xəstəlikləri və onların müasir müalicə üsulları" kitabının müəllifi, tədbirin səbəbkarı Türkan xanım Gündüzü dəvət etdi. Səhnəyə gələn Türkan xanım onun bu günkü tədbirində sevincinə sevinc qatan bütün qonaqları salamladı. O, tibb sahəsində gördüyü işlərdən, nailiyyətlərdən, kitabın mahiyyətindən danışdı və onun işığına yığışan hər bir kəsə öz ürək sözlərini deyərək təşəkkür etdi.

Türkan xanımın çıxışından sonra çıxış üçün söz "Baku City Hospital" klinikasının baş həkimi, tibb elmləri namizədi, Otorinolarinqoloq hörmətli Nizami Mehdizadəyə verildi. Nizami həkim çıxışı zaman kitabın ərsiyyə gəlməsi münasibətilə Türkan xanımı təbrik etdi, sonra onun bu sahədə həqiqətən sözünü demiş, əməliyyat zamanı xəstə üzərində məsuliyyətli, diqqətli olmasından, xəstələrin Türkan xanıma qarşı sevgisindən, Şərq və Qərb təbabətindən, eləcədə Türkan Gündüzün bu işlə yanaşı gözəl Ana olmasından danışdı və tədbir iştirakçılarına, Türkan xanıma dərin təşəkkürünü bildirdi.
Sonra tədbirdə çıxış üçün söz Onkologiya Kofedarasının Dosenti Cəlil doktora verildi. Cəlil doktor da öz növbəsində Türkan xanım Gündüzü və tədbir iştirakçılarını salamlayaraq, bu ilk atdığı addımı dəstəklədi, tibb sahəsindəki yaradıcılığından danışdı, onu kitabın işıq üzü görməsi münasibətilə təbrik edərək, bu yolda ona uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzuladı.
Daha sonra söz "Vimay" klinikasının direktoru Firudin həkimə, ginekoloq Kifayət xanıma, Ümumi-Cərrah,Tibb Üzrə Fəlsəfə doktoru Elman Əzimova, həkim Kardioloq Aygün xanıma, "İstanbul" klinikasının Oftalmoloq Cərrahı Zümrüd xanıma, Psixoloq Gülnarə Abuzərovaya, "Baku City Hospital" ın Ümumi Cərrahı Vəli həkimə verildi. Bu gözəl tədbirdə çıxış edən hər bir kəs Türkan xanım haqqında öz ürək sözlərini dedilər, sənətinin peşakarlığından, nailiyyətlərindən danışdılar və tibb elmi üçün hər kəsin yararlanacaq bu kitabın ərsiyyə gəlməsində ona dərin təşəkkür edərək təbrik etdilər.

Hörmətli oxucular onu da qeyd edim ki, təbriklər, çıxışlar bununla başa çatmadı. Sonra çıxış üçün növbəti söz İnfeksionist-hepatoloq Vüsalə Yaşara, Elsevər həkimə, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanıma, "Qanunyolutv.az" sayıtının rəhbəri Arif Süleymanlı, "AY Media Company" MMC-nin direktoru Almaz Yaşar, "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İB-nin sədri Səkinə Bayramova və həmsədri Yeganə Qəhrəmanova, "Xezertv.info"- nun əməkdaşı Çingiz müəllim də çıxış edərək Türkan xanımı təbrik etdilər, ən xoş arzularını çatdırdılar və ona diplomlarını təqdim etdilər.
Tədbirdə çıxışlar bitdikdən sonra Türkan xanım Gündüz tədbirə gələnlərə, onun işığına yığılanlara müəllifi olduğu kibanı imzalayaraq təqdim etdi. Daha sonra tort kəsildi, musiqilər səsləndi, hamı şənləndi, Türkan sevərlər bu kitab təqdimatından, tədbirdən zövq alaraq xoş təəsürratlarla ayrıldılar.
Məlumat üçün bildirək ki, Türkan Gündüz 26.08.1982-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1997-ci ildən Kimya-Biologiya təmayüllü özəl liseydə təhsilini davam etdirmiş, 1999-cu ildə liseyi bitirib Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə Universiteti bitirib, 2010-2012 illərdə Türkiyədə Konyanın Meram Tibb fakültəsində cərrahiyyə, eləcə də proktologiya ixtisası üzrə ixtisaslaşmışdır.
2011-2015-cü illərdə Ankara Tibb və Ankara Qazi Universitetində Cərrahiyyə və Proktologiya üzrə müasir əməliyyatların ən son üsullarla icra olunmasını öyrənmişdir. Həmin illərdə Azərbaycana dönmüş və öz ixtisası üzrə fəaliyyət göstərməyə başlamışdır.
2015-ci ildə Antalya Belekdə Turk Koloproktoloji Konqresində, eləcədə 2016-cı ildə Avropa Koloproktoloji Cəmiyyətinin üzvü seçilmiş və eyni ildə İtaliyanın Milan şəhərində keçirilən Ümumdünya Konqresində iştirak etmişdir.
2019-cu ildə İtaliyada, Almaniyada, Türkiyədə koloproktologiya cərrahiyyəsi üzrə kurs keçmişdir. 2021-ci ildə Türkiyənin Koloproktoloji konfransında iştirak etmişdir və bununla bağlı sertifikat almışdır. Op.Dr.Türkan Gündüz həmçinin yerli və xarici məqalələrin müəllifidir.
Qeyd edək ki, kitab Op.Dr Türkan Gündüzün uzun müddətli elmi araşdırmalarının və iş təcrübəsinin praktikasının məhsuludur. Həmçinin Tibb Universitetinin tələbələrinə, gənc koloproktoloq olmaq istəyənlər üçün faydalı, elmi tibbi kitabdır.
Xatırladaq ki, Op.Dr.Türkan Gündüz hal-hazırda "Baku City Hospital" və Türkiyədə proktoloq-həkim kimi fəaliyyət göstərir. Onu da nəzərinizə və diqqətinizə çatdıraq ki, Ümumi-Cərrah Proktoloq Türkan Gündüz şəhid ailələri, qazilər və imkansız ailələr üçün əməliyyatları tam ödənişsiz edir.
P.S. Sonda məndə "Qanunyolutv.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Op.Dr.Türkan xanım Gündüzə bu uğurlu yolda, işlərində yeni-yeni müvəffəqiyyətlər, dəyərli həkimimiz, çox hörmətli Türkan xanıma şəxsi həyatında, şərəfli peşəsində, eləcə də, elmi yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq! İnsanlara göstərdiyiniz qayğı, təbəssüm və xoş simanız Sizi milyonlara sevdirdi Türkan xanım. Arzu edirik ki, əyninizdəki o ağ xalatınız heç zaman qara ləkə götürməsin! Bütün xəstələrinizə də sevgi və sağlıq dolu həyat diləyirik!
Həyat verər bıçağının kəsəri,
Neştərləyər çürük qanı, zəhəri.
Şəfalıdır həm dili, həm əlləri,
Ayaqları cəfalıdır, həkimlər!
***************************
Vicdanında Hippokrat andı var,
Düşmənə də rəhm əlini uzadar.
"Loğman" adı tarixlərdə yaşayar,
Vətəndaşlıq timsalıdır, həkimlər!"Qanunyolutv.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı