Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz - Gəncə şəhərində xəstələri qəbul etdi

Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz - Gəncə şəhərində xəstələri qəbul etdi

Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz

“Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev


Hörmətli oxucular və Türkan sevərlər. Mən bu gün öz peşəsini sevən, sənətinə hörmətlə yanaşan, işini bilən və öhdəsindən peşəkar həkim kimi gələn Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan xanım Gündüzdən, onun Gəncə şəhərində xəstələrlə görüşündən qısaca məlumat verəcəm.
Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz - Gəncə şəhərində xəstələri qəbul etdi

Türkan xanım Gündüz bildiyimiz kimi artıq uzun illərdir ki, bu peşənin sahibidir. Onun etdiyi hər bir əməliyyatlar uğurla başa çatır və göz qabağındadır. Elə bu səbəbdən də onu Gəncə şəhər sakinləri 3-4 aydır ki, yolunu səbirsizliklə gözləyirdilər.

Nəhayət ki, 19 iyun 2021-ci ildə bu görüş baş tutdu. Türkan xanım sonsuz sayda xəstələrin istəyi ilə Gəncə şəhərinə yola düşdü. Orada "Yeni Gəncə Tibb Mərkəzi" ndə babasildən və digər xəstəliklərdən əziyyət çəkən xəstələrlə görüşdü və onları əməliyyat etdi.
Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz - Gəncə şəhərində xəstələri qəbul etdi

Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüzün bizə verdiyi məlumatında bildirdi ki, əməliyyatdan əlavə o, xəstələrin qəbulunu keçirib, onlara lazımı həkim məsləhətlərini veribdir. Bunda əlavə də Gəncədən Bakıya gəlməyə imkanı olmayan xəstələri də qəbul edib onlara da elə yerindəcə Türkan xanım tərəfindən köməkliklər olunub və xəstələrdə ondan razılıq etdiklərini bildiriblər.

Onu da qeyd edim ki, 2 günlük Gəncə səfəri zamanı Türkan xanım çoxlu sayda xəstələri qəbul edərək, həmsöhbət olub onlara dəyərli məsləhətlərini vermişdir.
Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz - Gəncə şəhərində xəstələri qəbul etdi

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektimiz adından Türkan xanıma gələcək işlərində daima yeni-yeni müvəffəqiyyətlər, uğurlar və yüksək nailiyyətlər arzulayıram.

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter