"SƏHİYYƏ BİZİM ÜÇÜN, HƏR BİR CƏMİYYƏT VƏ DÖVLƏT ÜÇÜN ÇOX LAZIMLI, HƏYATIN BÜTÜN SAHƏLƏRİNİ ƏHATƏ EDƏN SAHƏDİR"
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVHaqqında söhbət açacağımız və son zamanlar ölkə telekanallarında eləcədə bir sıra xəbər portallarında adına tez tez- rast gəldiyimiz həkimlərdən biri də ümumi-cərrah, koloproktoloq DR. Türkan Gündüzdür.
Türkan Gündüz Yafəs qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-cı ildə Kimya Biologiya təmayüllü özəl liseyə daxil olmuşdur. 1999-cu ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə ATU-nu ümumi-cərrah ixtisası üzrə bitirmişdir.
2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir. 2010-2011-ci illərdə Türkiyənin Konya şəhərində Tip fakültəsində Cərrahiyyə ixtisası üzrə kurs keçmişdir və 2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmişdir. Hal-hazırda Buta Klinikası klinikasında ümumi cərrah, proktoloq kimi fəaliyyət göstərir.
"Qanunyolu.info.az" xəbər verir ki, məşhur həkim, Türkiyə və Avropada təhsil almış ümumi cərrah-koloproktoloq Türkan Gündüz İl ərzində qazanılan uğurları və iş fəaliyyətini nəzərə alaraq təşkilati komitə tərəfindən “Caspian Awards 2020” Aazərbaycan layihəsində “Peşəkar Cərrah” adına layiq görülüb və diplomla təltif olunmuşdur.
Ümumi cərrah-koloproktoloq Türkan Gündüz Türkiyə Koloproktoloji cəmiyyətinin və European Society of Coloproctology üzvüdür. Nəzərinizə çatdırım ki, dəyərli həkim 2015-ci ildə göstərdiyi əvəzsiz xidmətinə görə "İlin Həkimi" diplomuna da layiq görülübdür.
Türkan xanım öz peşəsini sevən, sənətinin vurğunu olan, tibb aləmində daima axtarışda olub, mütaliələr edərək cərrahiyyə sahəsində uğurlar qazanan və sevilən peşəkar həkimlərimizdən biridir. Məhz buna görə də ona müraciət edən xəstələrin sayı günü-gündən artır və hamı onun işindən razılıq edirlər. Türkan Gündüz onun qəbuluna gələn xəstələri çox səmimi və təmkinlə dinləyir, onlara həkim məsləhətlərini verir. Onu da qeyd edim ki, həkim əməliyyat etdiyi xəstələriylə mütamədə olaraq əlaqə saxlayır, onların səhhətiylə maraqlanır və lazımı tapşırıqlarını xəstələrə çatdırır.
Bəli, əsil həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır! Bax bizim öz sənətini sevən və həkimlik peşəsiylə qürur duyan, xalqının, millətinin daima sağlamlığının qayğısına qalıb, gecə-gündüz keşiyində duran Türkan xanımda belələrindəndir.
Həyat verər bıçağının kəsəri,
Neştərləyər çürük qanı, zəhəri.
Şəfalıdır həm dili, həm əlləri,
Ayaqları cəfalıdır, həkimlər!
***************************
Vicdanında Hippokrat andı var,
Düşmənə də rəhm əlini uzadar.
"Loğman" adı tarixlərdə yaşayar,
Vətəndaşlıq timsalıdır, həkimlər!
TƏHSİL DƏRƏCƏSİ1997-ci il Kimya Biologiya təmayüllü özəl liseyə qəbul olmuşdur.
1999-2005-ci illər ATU-müalicə-profilaktika fakültəsi.
2006-2013-cü illər bir çox özəl klinikalarda ümumi-cərrah, proktoloq kimi fəaliyət göstərmişdir.
2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində cərrahiyyə ixtisasını bitirmişdir.
2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə-Koloproktoloji Konqressində iştirak etmişdir.
2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmiş və Milan şəhərində keçirilmiş Kongressində iştirak etmişdir.
2019-cu ildə Türkiyənin Acibadem xəstəxanasında təcrübə proqramı keçmişdir.GÖSTƏRİLƏN XİDMƏTLƏRBabasilin ən müasir üsullarla müalicəsi
Qarında köp
Öd kisəsinin polipləri
Bağırsaq sindromu
Hidroadenit
Rektosele
Anal çatların müalicəsi
Perianal fistul
Dermoid kistlərin müalicəsi
Vaginoplastika
Abdominoplastika
Hudoplastika
Labioplastika
Digər ümumi və plastik-estetik cərrahi əməliyyatlarP.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq Türkan xanıma və onunla çalışan fədakar tibb personajına kollektivimiz adından işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayaraq, sağlam ömür arzulayıram. Fürsətdən istifadə edərək, Türkan xanım sizi elimizin adəti olan "Novruz" bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə həyatda möhkəm can sağlığı, ailə səadəti, ruzi-bərəkət, xoşbəxtlik, xoş və firavan ömür arzulayıram. Qoy bu təravətli Novruz bayrami süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun Türkan xanım!
Novruz bayramınız mübarək olsun!"Qanunyolu.info.az" Təsisçi və baş redaktor Arif Süleymanlı