Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - yeni uğura imza atdı

Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - yeni uğura imza atdı

Hörmətli oxucular özünün peşəsiylə, sənətiylə həmişə fəxr edən, qürur duyan, xəstələrin hörmətini qazanan, sənətinə ciddi və qayğıyla yanaşan Türkan xanım haqqında çoxları bilir və məlumatlıdır. Mən bu dəfə Türkan Gündüzün növbəti uğurunu sizlərlə bölüşmək və nəzərinizə çatdırmaq istəyirəm dəyərli Türkan sevər oxucularımız.

Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz bu dəfə qardaş ölkə olan Türkiyə şəhərində işgüzar səfərdə olarkən sənətini daha da mükəmməl bilmək və tibb sahəsində "Yoğun Bağırsaq Xərçənginin Laporoskopik Üsullu Əməliyyatı Kursu" na canlı olaraq qoşulub öz savadını bir daha sübut etmiş və Türkiyənin məşhur professorları sayılan - Prof.Dr.Cem Terzi, Prof.Dr.Ethem Geçim Prof.Dr.Ayhan Kuzu tərəfindən 03.07.2021-ci tarixində "Sertifikat"a layiq görülmüşdür.
Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - yeni uğura imza atdı

Türkan xanım Gündüz hər zaman öz savadını artırmağa cəhd edən, çalışqan bir həkim kimi uğurlu addımlar atmış və atdığı addımların bəhrəsini görmüşdür. Baxın bu da onun əldə etdiyi növbəti uğurun bariz nümunəsi. Türkan xanım istər Azərbaycanda, istər Türkiyədə, istərsə də başqa ölkələrdə bir an belə durmadan çalışır və savadının üstünə savad gətirir.

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektimiz adından Türkan xanım Gündüzə gələcək işlərində daima yeni-yeni müvəffəqiyyətlər, uğurlar və yüksək nailiyyətlər arzulayıram. Arzu edirəm ki, tibb sahəsində Türkan xanım uğurlarınız davamlı və xeyirli olsun!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter