Şəhidlərin adına ehsan süfrəsi verildi

Şəhidlərin adına ehsan süfrəsi verildi

Bakı şəhərində 31.08.2022-ci il tarixində daim şəhid, qazi ailələrinin yanında olaraq onları diqqətdə saxlayaraq, qayğısını əsirgəmiyən General-mayor Hilal Nəcəfovun dəstəyi ilə şəhidlərin adına ehsan süfrəsi verildi.

İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından-qanlarından keçmiş, döyüşlərdə şəhid olmuş, şəhidlik zirvəsinə ucalmış, mərd, igid, qorxmaz qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqqəlik sükütla yad edildi.
Şəhidlərin adına ehsan süfrəsi verildi

Sonra axund Hacı Kamran Nəcəfov şəhid ailələrini, qaziləri salamladı. Şəhidin qurandakı tərifindən danışdı: "Şəhid sözü ərəbcə bir kəlmədir. Bu kəlmənin mənası çox böyükdür. Mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz Quranda 50 yerdə keçir. Deyirlər cənnət anaların ayağının altındadır, bəli cənnətin bütün qapıları şəhidləri böyüdən, onları tərbiyə edən analara açıq olacaq."

Daha sonra İlahiyyatçı alim Hacı Eldayaq Hüseynov dini kəlamlardan söhbət açdı:
Şəhidlərin adına ehsan süfrəsi verildi

- Müqəddəs kitabımızdan olan "Qurani-Kərim"də də belə deyilir: "Allah yolunda öldürülənlərə ölü deməyin, onlar ölü deyil, diridirlər". Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər (s.a.v) tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. Onlar bütün insanlığa örnək olacaq həyat yaşadı və əbədiyyətə qovuşmuş ömür qazandı. Gələcək nəsillərə onun haqqında fəxrlə danışa biləcəyimiz bir ömür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Dövlət qulluqçusu Elvin Dadaşov 44 günlük Zəfər tarixindən danışdı: "Həm birinci həm də ikinci Qarabağ müharibəsində oğullarımız Vətəni canları bahasına qorudular. Bu yolda şəhidlərimiz də oldu, müharibənin ağrı-acısını bədənində daşıyan qazilərimiz də. O igidlər ki, 30 illik işğala 44 gündə son qoydu Vətənin köksündəki Qarabağ yarasını sağaltdı. Onların müqəddəs ruhu qarşısında baş əyirəm."
Şəhidlərin adına ehsan süfrəsi verildi

Tədbirdə Azərbaycan Ordusunun mayoru şəhid Taleh Kərimovun həyat yoldaşı, Sumqayıt şəhər şəhid və qazi ailələrinin problemləri üzrə icra nümayəndəsi Nəzakət İsmayılova, şəhid kəşfiyyatçı kursant zabit Vüsal Muradovun anası Kəmalə Muradova, polkovnik-leytenant şəhid Quliyev Rəşadın anası Mətanət Quliyeva, gizir şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva şəhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur Rzayeva, Quba rayonunda yaşayan şəhid əsgər Eynulla Abdullayevin anası Tahirə Abdullayeva, Şəhid Emin İsmayılovun anası Məlahət ana, Qax şəhərində yaşayan şəhid XTQ-nin çavuşu Ramil Abbasovun anası Aidə Abbasova, şəhid kəşfiyyatçı Təbriz Almmədovun anası Gülnarə Almmədova, 1-ci Qarabağ müharibəsinin könüllü döyüşçüsü Abbas Şahverdiyevin ömür-gün yoldaşı Rəmziyyə Şahverdiyeva çıxışlarında şəhid anaları, ailələri adından bu cür tədbirlərin mütamadə keçirilməsində hər zaman şəhid ailələrini diqqətdə saxlayan General-mayor Hilal Nəcəfova və tədbirdə əməyi, zəhməti keçən hər kəsə şəxsi minnətdarlığını bildirdilər. Tədbirdə iştirak edən Vətən qaziləri hər zaman Vətəninin keşiyində durmağı, xalqını qorumağı özlərinə borc olaraq bildirdilır. Ali Baş Komandan bu gün hucum əmrini versə torpaqlarımız üçün vuruşmağa hazırıq.
Şəhidlərin adına ehsan süfrəsi verildi

General-mayor Hilal Nəcəfov tədbir haqqında fikirlərini “XeberTıme.az” analitik informasiya portalına bildirdi:

- Yeganə xanım biz iki əsrin lideri olan cənab İlham Əliyevin yürütdüyü hərbi siyasətini dəstəkləyirik və hər zaman onun arxasındayıq. Ölkəmizin əldə etdiyi bütün uğurlar prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.

Diqqət və qayğımızı şəhid ailələrini və sağlamlığını Vətən, torpaq yolunda itirmiş qaziləri diqqətdə saxlayırıq. Ali Baş Komandanının yürütdüyü daxili siyasət bizi qələbəyə aparan milli birliyimizin formalaşmasına səbəb oldu. Və biz bu birliyi davam edərək qoruyub saxlamalıyıq.
Şəhidlərin adına ehsan süfrəsi verildi

Əsas məqsədimiz müxtəlif rayonlarda, ucqar kəndlərdə, şəhərdə yaşayan şəhid ailələrini və qaziləri bir araya toplamaq onların könlün xoş etməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə səbr, qazilərimizə can sağlığı versin.

Böyük qələbə ilə nəticələnmiş Vətən müharibəsi, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhərəmanları unutmamalıyıq! Hər bir döyüşçümüz, zabit və əsgərimiz bizim üçün dəyərlidir.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Şəhidlərin adına ehsan süfrəsi verildi

“XeberTıme.az”
Yeganə Telmanqızı

"Qanunyolutv.az"
Arif Süleymanlı


#BizBirlikdəGüclüyük!!!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter