Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) bayram sovqatı payladı

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) bayram sovqatı payladı

Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) təşkilatçılığı və Benilüks Azərbaycanlıları Konqresinin dəstəyilə birliyin baş ofisi qarşısında Qurban bayramı ilə əlaqədar növbəti xeyriyyə tədbiri keçirildi. Müqqəddəs Qurban Bayramı münasibəti ilə 120 Şəhid və Qazi ailəsinə Birlik tərəfindən bayram sovqatları təqdim edildi.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) bayram sovqatı payladı

Tədbirdə Birliyin idarə heyətinin nümayəndələri çıxış edərək Şəhid ailələrini, Qazi qardaşlarımızı və iştirakçıları Müqqəddəs Qurban bayramı münasibətilə təbrik etdilər. Qurum rəsmiləri bildirdilər ki, Birlik tərəfindən Şəhid ailələri, Qazilər və müharibə iştirakçılarına həmişə diqqət və qayğı göstəriləcək, gələcəkdə də bu xeyirxah əməlli işlərimiz davam etdiriləcəkdir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) bayram sovqatı payladı

Onu da qeyd edim ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) istər 44 günlük haqq savaşında, istər ölkəmizdə hökm sürən pandemiya dövründə (pandemiya qaydalarına uyğun olaraq), istər bayram günlərində həmişə xalqımızın, millətimizin, şəhid və qazi ailələrimizin yanında olublar. Birlik mütamadə olaraq öz xeyirxah əməlləriylə xalqımızı sevindirib və imkan daxilində qayğılarına qalıblar.

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından başda Birliyin sədri Qurban müəllimə, sədrin müavini Məcid müəllimə, İcraçı direktor Zamin müəllimə, Yasəmən xanıma, Nicat müəllimə və bütün fədakar əməkdaşlarına tutduqları bu xeyirxah əməllərində daima uğurlar, müvəffəqiyyətlər arzulayıram.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) bayram sovqatı payladı

#BizBirlikdəGüclüyük!

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter