Yaponiyada 60-dan çox insan qar təmizləyərkən öldü

  • 19.01.2021, 10:30,
  • Dünya
  • Baxılıb: 578
Yaponiyada 60-dan çox insan qar təmizləyərkən öldü

Yaponiyanın şimal bölgələrində qar yığınlarının təmizlənməsi zamanı 60-dan çox insan həlak olub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kazuyoşi Aqaba Tokioda keçirdiyi mətbuat konfransında açıqlama verib.

Yaponiya hökuməti resurs çatışmazlığı səbəbindən ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcəyini açıqlayıb.

“Dövlət ehtiyac duyulan resurs miqdarını tez bir zamanda hesablayaraq qar yığınlarının təhlükəsiz şəkildə təmizlənməsi üçün kömək edəcəkdir. Təmizləmə zamanı qeydə alınan rekord ölüm sayından son dərəcə narahatıq”, - deyə Aqaba bildirib.

Nazirin sözlərinə görə, qurbanların sayı 2017-2018-ci ilin qışında qeydə alınmış rekordu ötüb.

Qarla örtülmüş binaları təmizləyərkən ölənlərin əksəriyyəti yaşlı insanlardır. Onlar evlərinin damlarından yıxılaraq və ya qar yığını altında qalaraq həlak olurlar. Bu baxımdan, hökumət yerli hakimiyyət orqanlarına ayrılmış resurslardan ilk növbədə əhaliyə kömək məqsədilə istifadə etmələrini tapşırıb.

Qeyd edək ki, Yaponiyanın Honşu adasının şimalında və şimaldakı Hokkaydo adasında ötən ilin dekabrından bəri davam edən güclü qar yağışı dayanmır. Şiddətli qar mütəmadi tıxaclara, kommunal xidmətlərdə fasilələrə səbəb olur.
Şərh yaz
  • smith
  • 20-01-2021, 11:41
  • : 11:41
    • Нравится
    • 0
La marca Mark XVIII de la Piloto de la IWC ha replicas de relojes
existido desde hace tiempo, pero la variante de producción replicas rolex estándar es bastante diferente y comparte más similitudes de relojes imitacion diseño con el estilo B-Uhr de reloj piloto. El Tributo a la Marca XI, es un reloj de replicas audemars-piguet
edición limitada que, como habrás adivinado, está inspirado en la IWC Mark XI de 1948.
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter