ABŞ-ın 4 sabiq prezidenti Vaşinqtondakı iğtişaşları pislədi

  • 07.01.2021, 07:40,
  • Dünya
  • Baxılıb: 30
ABŞ-ın 4 sabiq prezidenti Vaşinqtondakı iğtişaşları pislədi

ABŞ-ın keçmiş prezidentləri – Barak Obama, Bill Klinton, kiçik Corc Buş və Cimmi Karter ayrı-ayrı yazılı bəyanatlarda Vaşinqtonun mərkəzindəki iğtişaşları pisləyiblər.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, demokratlar - Obama və Klinton baş verənlərə görə məsuliyyəti ABŞ-ın hazırkı lideri Donald Trampın üzərinə qoyublar.

Xüsusilə, Obama qeyd edib ki, respublikaçı “Kapitolidə zorakılığı qızışdırıb”. Obamanın sözlərinə görə, baş verənlər ABŞ üçün “biabırçılıqdır”.

Klintonun fikrincə, ABŞ-ın hazırkı Prezidenti və onun tərəfdarları “onun uduzduğu seçkilərin nəticələrini ləğv etmək üçün” vəziyyəti gərginləşdiriblər. Klinton iğtişaşları ABŞ-ın siyasi institutlarına “görünməmiş hücum” adlandırıb.

Demokrat olan Karter də zorakılığı pisləyib və iğtişaşların iştirakçılarını dağılmağa çağırıb. O vurğulayıb ki, ötən ilin noyabrında keçirilmiş və Cozef Baydenin qələbə qazandığı seçkinin nəticələrini təsdiq etmək lazımdır.

Respublikaçı kiçik Buş qeyd edib: “Seçkilərin nəticələri ilə bağlı belə mübahisələri bizim demokratik respublikada deyil, banan respublikalarında edirlər”. “Seçkidən sonra bəzi siyasi liderlərin özlərini necə ağılsız aparmaları, həmçinin bu gün institutlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarına hörmətsizlik məni sarsıtdı”, - deyə eks-prezident əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter