“Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
- 13.10.2026, 10:30,
- Xəbər / Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
“TikTok”da “Roşka” kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib.
Hökmə əsasən, “Roşka” 3 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.