Lukaşenkodan ABŞ-a ittiham
- 21.08.2020, 16:45,
- Siyasət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
“Belarusdakı iğtişaşları ABŞ idarə edir, avropalılar isə onlara kömək edir”."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Dzerjinsky kənd təsərrüfatı zavodunun işçiləri ilə söhbət zamanı çıxışında bildirib.
“Varşava yaxınlığında xüsusi bir mərkəz yaradıldı. Nəzarət edirik, nə etdiyini bilirik. Başa düşürsüz, yaxınlıqda sakitlik olmadıqda və tanklar hərəkətə başladıqda başlayır və təyyarələr uçur, bu, təsadüfi baş vermir”,- deyə Lukaşenko bildirib.
O qeyd edib ki, Belarus qərbin Rusiya ətrafında Ukrayna və üç Baltikyanı respublikanı özündə birləşdirən “Baltik-Qara dəniz dəhlizi" qurmaq planlarında “son həlqə” olaraq qalır.
“Bu qarışıqlığı bizim üçün hazırlayırdılar. Rusiya isə bizi itirməkdən qorxurdu. İndi isə gördüyümüz kimi bizi Rusiyaya qarşı çəkməyə qərar verib”,- deyə Lukaşenko sözlərinə əlavə edib.