Rumıniyanın Baş naziri istefa verdi

Rumıniyanın Baş naziri istefa verdi

Rumıniyanın Baş naziri Ludovik Orban rəhbərlik etdiyi Milli Liberal Partiyasının parlament seçkilərində uduzmasından sonra istefa verdiyini açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o televiziya ilə yayımlanmış çıxışı zamanı deyib.

“Mən bu gün istefa qərarı verdim”, - Baş nazir bildirib.

Qeyd edək ki, Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. Ekzitpol nəticələrinə görə, 30,5% səs çoxluğu ilə Sosial-demokratlar Partiyası liderlik edir. Orbanın rəhbərlik etdiyi Milli Liberal partiyası isə 29% səs toplaya bilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter