Daha bir ölkədə ümummilli karantin yenidən qüvvəyə mindi
- 07.11.2020, 03:35,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 7-də (bu gün) Litvada COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejimi yenidən qüvvəyə minib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.Bu, ən azı üç həftə davam edəcək. Daha sonra hökumət gələcək qərarların qəbulu üçün vəziyyəti qiymətləndirəcək.
Bu müddət ərzində insanlar ictimai məkanlarda tibbi maskadan istifadə etməlidir. Bütün kütləvi tədbirlər ləğv olunub. Muzeylər, teatrlar, kinoteatrlar, digər mədəniyyət müəssisələri bağlanıb. Kafe və restoranlarda müştərilərə yerində xidmət dayandırılıb. Mağazalar və xidmət müəssisələri müştərilərə hər 10 kv.m.-ə 1 nəfər olmaqla xidmət göstərməlidir. Bir ailə üzvləri istisna olmaqla, beş nəfərdən artıq qrup halında toplaşmaq da qadağandır.