Türkiyədə bu məhdudiyyətlər yenidən qüvvəyə mindi

  • 04.11.2020, 00:35,
  • Dünya
  • Baxılıb: 26
Türkiyədə bu məhdudiyyətlər yenidən qüvvəyə mindi

Türkiyədə koronavirusa yoluxma sayında artım səbəbindən bir sıra məhdudiyyətlər yenidən qüvvəyə minib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra elan edib. Beləliklə, yeni qərara əsasən:

Özəl sektorda və xidmət sahələrində növbəli iş saatı tətbiq ediləcək;

Bazar və marketlərdə nəzarət-yoxlamalar gücləndiriləcək;

Çatdırılma xidməti istisna olmaqla, restoranlar, gözəllik salonları, stadionlar, kinoteatrlar, konsert zalları, hovuzlar, nikah və toy zalları, kafelər, şirniyyat dükanları, internet-kafelər, eləcə də insanların sıx toplaşdığı bütün iş yerləri saat 22:00-da bağlanacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter