Qırğızıstan parlamenti yeni spikerini seçdi

  • 13.10.2020, 19:00,
  • Dünya
  • Baxılıb: 16
Qırğızıstan parlamenti yeni spikerini seçdi

Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan” fraksiyasını lideri Kanat İsayevi yeni spiker seçiblər.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, İsayev bu vəzifəyə yeganə namizəd olub. Parlamentin əvvəlki spikeri Dastanbek Cumabekov oktyabrın 6-da repsublikada kütləvi etirazlar fonunda istefa vermişdi.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).

Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə Baş nazir Kubatbek Boronov istefa vermişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter