Moskvada sabahdan bu məhdudiyyətlər ləğv edilir
- 22.06.2020, 20:20,
- Dünya
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi iyunun 23-dən etibarən yumşaldılır."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanın öz bloqunda yazıb. 3 aylıq karantindən sonra aşağıdakı məhdudiyyətlər aradan götürülür:
Kafe və restoranlar açılacaq;
Fitnes-klublar, hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək;
Moskva-çay boyunca tramvaylar işləyəcək;
Uşaq bağçaları və kitabxanalarda, sosial müdafiə müəssisələrində məhdudiyyətlər ləğv olunacaq;
Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq – dükanlar açılacaq, küçə idman avadanlıqlarından, yelləncəklərdən və digər park avadanlıqlarından istifadəyə qadağa olmayacaq.
Həmçinin, turizm agentliklərinin fəaliyyəti yenidən bərpa olunacaq. Lakin Moskva üzrə ekskursiyalara hələlik icazə verilmir.