Türkiyədə bu qadağalar götürüldü
- 09.06.2020, 23:15,
- Dünya
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra karantinin yumşaldılması prosesində alınan yeni qərarları açıqlayıb.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən yeni qərarları təqdim edir:
Restoran, kafe və qiraətxanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb;
Kinoteatr, teatr və şou mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq;
65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər;
18 yaşdan aşağı şəxslər üçün qadağa isə yalnız valideyn himayəsində çölə çıxmaq şərti ilə aradan götürülür;
Milli parklar və təbii parklar 18 yaşdan kişi və 65 yaşdan böyük şəxslər üçün ödənişsiz olacaq;
Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.