Türkiyədə ictimai nəqliyyatla bağlı yeni qadağa
- 07.09.2020, 22:45,
- Dünya / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusa yoluxma və ölüm sayında artım olduğundan bəzi məhdudiyyətlər tətbiq ediləcək."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bəzi qərarları açıqlayıb. Belə ki, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək.
“Biz Covid-19-a yoluxma sayında artım müşahidə edirik. Bu səbəbdən pandemiya əleyhinə tədbirləri gücləndirmək qərarına gəldik. Kafe və restoranlara daha ciddi nəzarət olunacaq. Heç bir halda ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına icazə verilməyəcək”, - deyə Ərdoğan qeyd edib.
Bundan başqa, bildirilib ki, maska və sosial məsafə qaydalarına riayət etməyən vətəndaşlar mütləq qaydada cərimələnəcəklər.