Qırğızıstanda parlament seçkiləri keçirilir

  • 04.10.2020, 09:20,
  • Dünya
  • Baxılıb: 15
Qırğızıstanda parlament seçkiləri keçirilir

Bu gün Qırğızıstanda ölkə parlamentinə seçkilər keçirilir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ötən gün siyasi partiyalar seçki kampaniyasına son qoyublar.

Seçkilər 45-i xaricdə yerləşən 2475 seçki məntəqəsində baş tutacaq. Bildirilib ki, seçkilər sanitariya və epidemioloji təhlükəsizlik şəraitində keçirilir.

MSK-nın məlumatına görə, seçki günü məntəqələrdə temperatur yoxlanılması və sosial məsafə qaydalarına riayət olunması təşkil ediləcək, məntəqə seçki komissiyaları üzvləri və seçicilər fərdi qoruyucu vasitələrlə təmin ediləcək və məntəqələrdə mütəmadi sanitariya işləri aparılacaq.

Təsdiq olunmuş MSK cədvəlinə əsasən, ölkədəki seçki məntəqələri saat 08: 00-da açılıb və 20: 00-da bağlanacaq.

Bildirilib ki, ölkə üzrə 3,5 milyon, ölkə xaricində isə 32,5 min seçici qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter