Qırğızıstanda parlament seçkilərinin vaxtı açıqlandı

  • 03.07.2020, 10:00,
  • Dünya
  • Baxılıb: 52
Qırğızıstanda parlament seçkilərinin vaxtı açıqlandı












Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin oktyabrın 4-nə təyin edilməsi haqqında Fərman imzalayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti açıqlama yayıb: “Qırğızıstan Konstitusiyasının 64-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə və Qırğızıstan Konstitusiya Qanununun 59-cu maddəsinin 3-cü hissəsi, “Prezidentin və Joqorku Keneş deputatlarının seçilməsi haqqında” qanuna əsasən, yeni çağırış parlament deputatlarının seçkilərini 4 oktyabr tarixinə təyin olunması qərara alınıb”.

Qırğızıstan Mərkəzi Seçki və Referendum Komissiyasına seçkiləri təşkil etmək, hökumətə isə lazımi maliyyə resursları ayırmaq tapşırılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter