Ukraynada 23 deputat koronavirusa yoluxub

  • 01.09.2020, 12:20,
  • Dünya
  • Baxılıb: 23
Ukraynada 23 deputat koronavirusa yoluxub

Ukrayna Ali Radasının 23 deputatı koronavirusa yoluxub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın spikeri Dmitri Razumkov “Rada” telekanalında bildirib.

“Bu gün Ali Radada xəstəliyi keçirmiş və ya hazırda xəstə olan həmkarlarımızın sayı 23-dür. Onlara can sağlığı, tez zamanda xəstəliyin öhdəsindən gəlməyi və işlərinə dönməyi arzulayıram”- deyə Razumkov qeyd edib.

O əlavə edib ki, Ali Rada aparatının 7 işçisində də koronavirusa yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenkonun koronavirusa yoluxduğu və kritik vəziyyətdə olduğuna dair məlumat yayılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter