Moskvada 300 minə yaxın insan koronavirusa yoluxub
- 07.05.2020, 20:26,
- Dünya
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskva şəhərinin meri Sergey Sobyanin Rusiya paytaxtında koronavirusa yoluxanların həqiqi sayının 300 minə yaxın olduğunu açıqlayıb.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Sobyanin bu barədə “Rossiya24” telekanalına müsahibəsində açıqlama verib: “Araşdırmalara görə, Moskva əhalisinin təxminən 2-2,5 faizi, yəni təxminən 300 min insanın koronavirusa yoluxduğu təxmin edilir. Məqsədimiz onları aşkar etmək və virusun yayılmasının qarşısını almaqdır”.
Koronavirus testlərinin sayının artırıldığını bildirən Sobyanin şəhərdə 45 koronavirus test mərkəzinin olduğunu deyib. O həmçinin bildirib ki, paytaxtda epidemiya səbəbilə tətbiq olunan sanitar qaydalar uzun müddət ləğv olunmayacaq.
Qeyd edək ki, Moskvada 92 676 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 905 nəfər xəstəlik səbəbindən həyatını itirib.