Bu ölkədə bir günə 70 minə yaxın insan yoluxdu
- 22.08.2020, 10:10,
- Dünya
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistanda ötən gün ərzində koronavirusa 69 878 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin şənbə günü yaydığı məlumata görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 975 min 701-ə çatıb.
Xəstəliyə yoluxanların sayında buna qədər ən böyük gündəlik artım avqustun 20-də qeydə alınıb və 69 652 nəfər təşkil edib. Səhiyyə Nazirliyi avqustun 23-də ölkədə ümumi yoluxma sayının 3 milyonu keçəcəyini təxmin edir.
Ölkədə olan 697 330 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Ümumilikdə 2 milyon 222 min 577 pasiyent müalicə olunaraq sağalıb.
Ölənlərin sayı isə son 24 saat içində 945 artaraq 55 min 794-ə çatıb.