Regional Su Meliorasiya QSC-də - Yeni təyinatlar+Foto
- 21.10.2026, 21:30,
- Xəbər / Sosial
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.
İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib.Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC - nin icraçı direktoru təyin olunub.
Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.
Fotoda: Zakir Quliyev