4 gündə 1 milyon insan koronavirusa yoluxub
- 18.07.2020, 13:30,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya üzrə koronavirusa yoluxma sayında yeni rekord göstərici qeydə alınıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında məlumat verilib. Hesabatda bildirilib ki, son 100 saat ərzində dünya üzrə 1 milyon yoluxma faktı qeydə alınıb. Son 24 saatda daha 237 min 743 yoluxma faktının qeydə alınması ilə ümumi say 14 milyon 208 min 158-ə çatıb. Bu günə qədər 599 min 750 insan xəstəlikdən həyatını itirib.
Yoluxma sayına görə ABŞ (3 milyon 770 min 138) birinci yerdə qərarlaşıb. ABŞ-dan sonra yoluxma sayına görə ilk beşlikdə yer alan ölkələr: Braziliya (2 milyon 15 min 382), Hindistan (1 milyon 20 min 644), Rusiya (759 min 203), Peru (341 min 586), Cənubi Afrika (324 bin 221).