Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - 13 yaralı + Video

  • 10.08.2020, 17:40,
  • Dünya
  • Baxılıb: 20
Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - 13 yaralı + Video

Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində qaz sisterni partlayaraq yanğına səbəb olub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Volqoqrad regional administrasiyasının mətbuat xidməti məlumat yayıb. Yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“13 yaralı var, daha bir nəfər həkimə müraciət edib”,- deyə administrasiyanın nümayəndəsi bildirib.

Fövqəladə hallar xidmətinin məlumatına görə, yanacaqdoldurma məntəqəsində yanğının söndürülməsi zamanı baş verən partlayış nəticəsində 4 yanğınsöndürən yaralanıb. FHN işçilərindən birinin bədənin 50%-i yanıb.

Yanğın tamamilə söndürülüb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter