Türkiyədə güclü partlayış - 4 ölü, 97 yaralı + Fotolar
- 03.07.2020, 15:37,
- Dünya / Xəbər
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə güclü partlayış baş verib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 73 nəfər xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq hadisə yerinə yollanıb.
***
Prezident R.T.Ərdoğanın sözlərinə görə, fabrikdə 189 işçi olub. Onlardan 2-si vəfat edib, 74-ü yaralanıb. Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
***
Son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 97 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

