Qırğızıstanda koronavirusun 2-ci dalğasına hazırlaşırlar
- 22.07.2020, 20:10,
- Dünya
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Qırğızıstanın Baş Naziri Kubatbek Boronov payızda ölkədə gözlənilən koronavirusun ikinci dalğasına görə tibb müəssisələrinin hazırlanmasını aktivləşdirməyi tapşırıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə Qırğızıstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb. “Mütəxəssislərin proqnozlarına görə, COVID-19 epidemiyasının ikinci dalğası payızda gözlənilir. Bütün tibb müəssisələri istənilən ssenari üçün hazır olmalıdır”, - Boronov deyib.
Baş Nazir, həmçinin COVID-19 xəstələri ilə işləyən həkimlərin sağlamlığına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, indiyədək Qırğızıstanda 28 980 yoluxma, 1 111 ölüm halı qeydə alınıb, 15 536 nəfər sağalıb. Ölkədə 12 333 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.