İsraildə koronavirusun ikinci dalğası başladı

  • 22.06.2020, 22:55,
  • Dünya
  • Baxılıb: 22
İsraildə koronavirusun ikinci dalğası başladı












İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”, “The Times of İsrael”-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (TSAHAL) hərbi kəşfiyyat idarəsi yanında Covid-19-la mübarizə milli informasiya mərkəzinin hesabatında deyilir.

Məlumata görə, epidemiyanın artması iyulda minlərlə yeni yoluxma, yüzlərlə ölüm hadisəsinin yaranmasına səbəb olacaq.

“Yeni dalğa birinci dalğadan bəzi xüsusiyyətlərinə görə fərqlənəcək, ancaq o qədər də ciddi olmayacaq. Hazırkı yoluxmanın artması potensial olaraq yenidən ümumi karantin rejiminin tətbiqini zəruri edir.”, - deyə mərkəzin məlumatında bildirilir.

TSAHAL və Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadəyə və profilaktik tədbirlərə laqeyd yanaşmasından narahatlığını bildirib.
Son günlər İsraildə sutkalıq yoluxma 200-300 arasında dəyişir. Mayda bu rəqəm 20 olub.

Qeyd edək ki, İsraildə 21 min 8 nəfər koronavirusa yoluxub, 307 nəfər dünyasını dəyişib. 15 min 761 nəfər isə xəstəliyə qalib gəlib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter