Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu

Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu












İran CIA-yə casusluq etməkdə və “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin yeri haqqında məlumat ötürməkdə ittiham olunan şəxsi edam edib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu gün səhər edam olunan Mahmud Müsəvi Məcdin həmçinin İsrail kəşfiyyat agentliyi Mossad-a da işlədiyi iddia olunur.

Bununla yanaşı bildirilib ki, məhkum barədə Süleymaninin ölümündən əvvəl açılan cinayət işinin ABŞ-ın keçirdiyi əməliyyatla əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani öldürülmüşdü.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter