Suleymaninin ölümündə təqsirləndirilən casus edam ediləcək
- 09.06.2020, 13:50,
- Dünya
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan bir nəfər həbs olunub.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən telekanalına istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmaili açıqlama verib: “ABŞ və İsrail kəşfiyyatına işləyən Seyid Mahmud Musəvi Məcd edam cəzasına məhkum edilib. O, Qasım Süleymaninin yeri və gediş-gəlişi haqqında məlumatlar toplayaraq bizim düşmənlərimizə ötürüb”.
Xatırladaq ki, Qasım Süleymani yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində qətlə yetirilib.