16 polisi öldürən terrorçu edam edildi

  • 27.06.2020, 18:30,
  • Dünya
  • Baxılıb: 26
16 polisi öldürən terrorçu edam edildi












Misirdə 2017-ci ilin oktyabrında Qahirə yaxınlığında 16 polisin ölümü və 13 qanun keşikçisinin yaralanması ilə nəticələn terror aktının təşkilatçısı Əbdül Rəhim Mismari edam edilib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçu Misir təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaxalanıb, onunla bir qruplaşmada olan 15 silahlı isə məhv edilib. Ötən ilin noyabrında ələ keçirilən təhlükəli terrorçu barəsində Misirin hərbi məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter