Ermənistanın Müdafiə nazirinin müavini də yoluxub

  • 08.07.2020, 13:17,
  • Dünya
  • Baxılıb: 18
Ermənistanın Müdafiə nazirinin müavini də yoluxub












Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa yoluxub.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan bu gün keçirilən iclasda açıqlama verib. O Balayanın koronavirusa yoluxması səbəbindən iclasda iştirak edə bilmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbiylə martın 16-dan tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılıb.

Ölkədə yığıncaqlar və mitinqlərin keçirilməsi qadağan olunub, məcburi maska ​​rejimi tətbiq olunur. Nazirlər Kabineti artıq fövqəladə vəziyyət rejimini yenidən uzatmaq niyyətində olduğunu bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter