Ermənistanda koronavirusa bir gündə 239 nəfər yoluxdu

  • 16.05.2020, 17:20,
  • Dünya
  • Baxılıb: 11
Ermənistanda koronavirusa bir gündə 239 nəfər yoluxdu












Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 239 nəfər artaraq 4283-ə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 55-ə çatıb. Ümumilikdə 1791 pasiyent müalicə olunaraq sağalıb.

2415 xəstənin müalicəsi davam etdirilir, 39 005 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter