Ermənistanda bir günə 146 nəfər koronavirusa yoluxdu
- 10.05.2020, 22:10,
- Dünya
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanda son sutka ərzində 146 nəfər yeni növ koronavirusa yoluxub."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 3175-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 44-ə çatıb. Ümumilikdə 1 267 pasiyent müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.