Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı
- 30.05.2020, 19:37,
- Siyasət
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Tunis Prezidenti Kais Səid ölkə ərazisində fövqəladə vəziyyət rejiminin daha altı ay uzadılması haqqında fərman imzalayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.
“Prezident 30 may 2020-ci il tarixindən etibarən Tunis Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasına qərar verib”, - rəsmi məlumatda deyilir.
Tunisdə fövqəladə vəziyyət rejimi 24 noyabr 2015-ci ildə tətbiq edilib. Bu, o vaxt paytaxtın mərkəzində terror aktının törədilməsi ilə bağlıdır. Kamikadze-terrorçunun prezident mühafizəsinin avtobusuna hücumu nəticəsində 13 nəfər həlak olmuş, daha 20 nəfər yaralanmışdı. İlkin olaraq 30 gün müddətinə tətbiq edilən fövqəladə vəziyyət rejiminin qüvvəsi daim uzadılıb, sonuncu dəfə - 29 aprel 2020-ci il tarixində 1 ay müddətinə.