Volodimir Zelenski İlham Əliyevə təşəkkür etdi

  • 25.08.2026, 16:30,
  • Siyasət
  • Baxılıb: 5
Volodimir Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə Azərbaycan dövlət başçısı İlham Əliyevə təşəkkür edib.

“Qanunyolutv.az” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “X” hesabında paylaşım edib.

“Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi həmişə qəti olub və biz bunu hər zaman yüksək qiymətləndiririk. Birlikdə illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığımızı genişləndirməyə, energetika və təhlükəsizlik sahələrində yeni imkanlar yaratmağa, ehtiyac yarandıqda bir-birimizə yardım əli uzatmağa davam edirik. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasındakı dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənməkdə davam edəcək”, - deyə Ukrayna lideri bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter