Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı Fransanın Ukraynadakı səfiri Etien dö Ponsən öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, Makron Ukrayna Prezidenti Vladimir Zelenski, Fransanın xarici işlər naziri Jan-İv lö Drian isə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacaq.
Xatırladaq ki, Emmanuel Makron fevralın 7-si Rusiyaya rəsmi səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə 5 saatdan çox davam edən danışıqlar aparıb.
****
Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu qarşılayıb. Zelenski öz rəsmi tviter hesabında Makronu qarşılamasına dair paylaşım edərək bildirib ki, bu, son 24 ildə Fransa Prezidentinin Ukraynaya ilk səfəridir.
****
Ukraynada Zelenski və Makron arasında görüş başa çatıb. İki ölkə lideri danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirib.
Zelenskinin sözlərinə görə, Fransa Ukraynaya 1,2 milyard avro həcmində makromaliyyə yardımı ayıracaq. O qeyd edib ki, bu, ölkə iqtisadiyyatının sabitləşməsinə kömək edəcək.
Ukrayna Prezidenti, həmçinin Makronla danışıqların çox səmərəli keçdiyini bildirib.