Ermənistanın baş hərbi müfəttişi də istefa verdi

  • 18.11.2020, 17:25,
  • Dünya
  • Baxılıb: 43
Ermənistanın baş hərbi müfəttişi də istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa ərizəsini təqdim edib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Akopyan Ermənistan KİV-nə verdiyi müsahibəsində bildirib.

“Bəli, istefa ərizəsini yazdım. Səbəbləri haqqında daha sonra məlumat verəcəyəm”,- deyə Akopyan bildirib.

Qeyd edək ki, Movses Akopyan Nikol Paşinyan baş nazir seçildikdən sonra, 2018-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter