Mandela və Qandinin heykəlləri də qorunmaya alındı

  • 13.06.2020, 10:50,
  • Dünya
  • Baxılıb: 17
Mandela və Qandinin heykəlləri də qorunmaya alındı












İngiltərədə həftəsonu keçirilməsi planlaşdırılan irqçiliyə qarşı yürüşlərdən öncə bir sıra heykəllər zərər verilməməsi üçün qorunmaya alınıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Uinston Çörçillin heykəlindən sonra Londonda Mahatma Qandi və Nelson Mandelanın heykəlləri də qorunmaya alınıb. Bildirilib ki, eyni zamanda Trafalqar Meydanında yerləşən Kral 2-ci Ceyms, Kral 1-ci Çarlz və ABŞ-ın qurucusu və ilk Prezidenti Corc Vaşinqtonun da heykəlləri dəmir panellər quraşdırılaraq qorunmaya alınıb.

Xatırladaq ki, keçən həftə nümayişlər zamanı keçmiş Baş Nazir Uinston Çörçillin heykəlinin altındakı adının üstündən xətt çəkilərək altında “o, bir irqçi idi” sözləri yazılmışdı.
Mandela və Qandinin heykəlləri də qorunmaya alındı
Mandela və Qandinin heykəlləri də qorunmaya alındı
Mandela və Qandinin heykəlləri də qorunmaya alındı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter