Ermənistanda bir gündə rekord yoluxma

  • 15.05.2020, 12:35,
  • Dünya
  • Baxılıb: 15
Ermənistanda bir gündə rekord yoluxma












Ermənistanda son sutka ərzində 723 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 16 004 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 264-ə çatıb. Ümumilikdə 6 081 pasiyent müalicə olunaraq sağalıb.
9 568 xəstənin müalicəsi davam etdirilir, 80 130 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter