Ali Rada onların istefasını təsdiqlədi - Yenilənib

  • 05.09.2024, 14:00,
  • Dünya
  • Baxılıb: 2
Ali Rada onların istefasını təsdiqlədi - Yenilənib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Ukrayna Ali Radası Kulebanın istefasını təsdiqləyib.

240 deputat Kulebanın vəzifədən getməsinin lehinə səs verib.

Jeleznyak əlavə edib ki, Kuleba Ali Radanın iclasına qatılmayıb.

Xatırladaq ki, Dmitri Kuleba sentyabrın 4-də istefa verməsi barədə ərizə yazıb və Radaya təqdim edib.
****

Ali Rada ölkənin baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə nazir İrina Vereşukun istefasını qəbul edib.

255 deputat bu qərarın lehinə səs verib.

Qeyd edək ki, İrina Vereşuk sentyabrın 3-də istefa ərizəsini yazıb. Elə həmin gün ərizə Ali Radaya təqdim edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter