Ukraynanın Baş nazirinin müavini istefaya göndərildi
- 03.11.2021, 16:00,
- Dünya
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Ali Radası ölkənin Baş nazirinin müavini Aleksey Reznikovu istefaya göndərib.“Qanunyolu.info.az”, “RİA Novosti”yə istinadən xəbər verir ki, həm də Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri olan Reznikovla bağlı parlamentdə səsvermə keçirilib.
Səsvermə zamanı 329 millət vəkili Reznikovun vəzifəsindən azad edilməsinin lehinə səs verib.
Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçukun sözlərinə görə, Reznikov öz istəyi ilə istefa ərizəsi verib.
Bununla yanaşı, “Çenzor.net” nəşrinin baş redaktoru Yuriy Butusov bildirib ki, Ukrayna Prezidenti ölkənin müdafiə naziri vəzifəsinə namizədi razılaşdırıb və sözügedən şəxs Aleksey Reznikovdur.
Reznikov Baş nazirin müavini - müvəqqəti işğal altında olan ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri vəzifəsini 2020-ci ilin mart ayından icra edib.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Andrey Taran noyabrın 2-si istefa
verib.