Vasif Talıbov istefa iclasında iştirak etməyib - Fotolar+Yenilənib
- 21.12.2022, 11:30,
- Siyasət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi açıqlanıb. “Qanunyolutv.az” xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, iclasda Vasif Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.[/b]
Qərara əsasən, Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib. Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
