Afrikada koronavirusa yoluxanların sayı 40 mini keçdi

  • 02.05.2020, 22:11,
  • Dünya
  • Baxılıb: 12
Afrikada koronavirusa yoluxanların sayı 40 mini keçdi












Afrikada son 24 saat ərzində daha 731 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə, qitə üzrə yoluxanların ümumi sayı 40 749-a çatıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Afrika Xəstəliklərinə Nəzarət və Profilaktika Mərkəzi ( Africa CDC ) açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, sutka ərzində qitə üzrə koronavirus səbəbindən həyatını itirənlərin sayı daha 49 nəfər artaraq 689-a çatıb.
Ümumilikdə 13 383 pasiyentin müalicə olunaraq sağaldığı bildirilib.

Afrikada ilk dəfə Misirdə başlayan koronavirus epidemiyası Lesoto istisna olmaqla qitənin bütün ölkələrinə yayılıb.

Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Əlcəzair, Nigeriya, Qana və Kamerun qitə üzrə epidemiyadan ən çox təsir görən ölkələrdəndir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter