Ermənistanda bir günə 125 nəfər koronavirusa yoluxdu
- 02.05.2020, 22:04,
- Dünya
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 125 nəfər artaraq 2 273-ə yüksəlib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Bildirilib ki, indiyədək 1 010 pasiyent sağalıb, 33 nəfər vəfat edib.
1 227 xəstənin müalicəsi davam etdirilir, 23 142-dən çox insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.