Dağıstan müftisi ailəsi ilə birlikdə koronavirusa yoluxdu
- 04.05.2020, 23:56,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağıstan müftisi Əhməd Abdullayev ailəsi ilə birlikdə koronavirusa yoluxub."Qanunyolu.info.az", “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə müftinin həyat yoldaşı və müşaviri Ayna Həmzətova məlumat verib.
“Ailəmizdə bu iki həftə ərzində ən ağır xəstələnən müfti oldu. Düzgün aparılan müalicə protokolu sayəsində aparata qoşulmaqdan və digər ağır nəticələrdən xilas olduq. Hazırda biz bərpa mərhələsindəyik”, - deyə Həmzətova bildirib.
O, Dağıstanın imkanlı və səlahiyyətli şəxslərinə müraciət edərək Mahaçqalada üçüncü şəhər xəstəxanasını koronavirus xəstələrinin istifadəsinə vermək üçün lazımi avadanlıqlarla təchiz etməyi xahiş edib.