Pakistanda Milli Məclisin sədri koronavirusa yoluxdu

  • 02.05.2020, 02:14,
  • Dünya
  • Baxılıb: 13
Pakistanda Milli Məclisin sədri koronavirusa yoluxdu












Pakistan parlamentinin alt qanadı olan Milli Məclisin sədri Əsəd Kaiser koronavirusa yoluxub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitterdə paylaşım edib. “Covid-19 testim pozitiv çıxdı. Özümü təcrid etmişəm. Millətimizi diqqətli olmağa çağırıram”, - deyə Kaiser qeyd edib.

Pakistan mediasının yazdığına görə, Kaiserin qızının da koronavirus testi pozitiv çıxıb.

Xatırladaq ki, üç gün əvvəl Pakistanın Sindh əyalətinin valisi İmran İsmayılın da Covid-19-a yoluxduğu açıqlanmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter