Bolqarıstanın keçmiş baş naziri saxlanıldı

Bolqarıstanın keçmiş baş naziri saxlanıldı

Bolqarıstanın keçmiş baş naziri və GERB partiyasının lideri Boyko Borisov polisin genişmiqyaslı əməliyyatı zamanı saxlanılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb. Bildirilir ki, bir çox ünvanlarda axtarış işləri başladılıb. Borisovdan başqa, keçmiş hakim partiya olan GERB-in daha bir neçə funksioneri saxlanılıb.

Əməliyyat Avropa prokurorlarının Bolqarıstanda Avropa fondlarından sui-istifadə ilə bağlı 120-dən çox faktı araşdırdığına dair xəbərlərlə bağlıdır.

Bolqarıstan milli televiziyası Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən həmçinin keçmiş maliyyə naziri Vladislav Qoranovun, büdcə komissiyasının keçmiş rəhbəri Menda Stoyanovanın və hökumətin mətbuat xidmətinin keçmiş rəhbəri Sevdalina Arnaudovanın saxlanılması barədə məlumat yayıb.

Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov həbslərlə bağlı xəbərlərlə eyni vaxtda sosial şəbəkələrdə belə bir şərh yazıb: “Heç kim qanundan üstün deyil”.

GERB mənbələri radioya bildiriblər ki, Borisov saxlanılmayıb. Onlar təsdiq ediblər ki, onun evində çoxlu sayda polis əməkdaşı axtarış aparır.

BNR onu da bildirir ki, DİN öz saytından əməliyyatla bağlı məlumatı silib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter